"İndi bütün dünya koronavirusdan qorunmaq üçün dəstəmaz alır" - Dj Tural


"İndi bütün dünya koronavirusdan qorunmaq üçün dəstəmaz alır" - Dj Tural

Hər kəs koronavirusdan qorunmaq üçün profilaktik tədbirlər həyata keçirir. Bu tədbirləri ictimailəşdirmək üçün məşhurlar da sosial media hesablarında maarifləndirici paylaşımları ilə diqqət çəkirlər.

Mediatime.AZ xəbər verir ki, Dj Tural da bu missiyaya qoşularaq mübahisəli paylaşımı ilə diqqət çəkib. Belə ki, Dj instaqram hesabında şəkil paylaşaraq:


"İndi bütün dünya virusdan qorunmaq üçün dəstəmaz alır. Gündə 5 dəfə düzgün dəstəmaz sizi təmizləyir. Sözün həm ilahi, həm də gigiyenik mənasında. Şübhəsiz ki, müsəlmanlar arasında da gigiyena qaydalarına əməl etməyənlər də var idi. Çünki bütün insanlar bir deyillər. Təmizlik imandandır fikri yenə də təsdiqləndi. Müxətlif xəstəliklərdən qorunmaq üçün Allahın tövsiyələri: "Geyimini təmiz saxla!" ("Muddəssir surəsi, 74/4). "Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun! ("Maidə" surəsi, 5/6). "Məbədimi təvaf edənlər, ibadətə qapananlar, rüku və səcdə edənlər üçün təmizləyin!" («Bəqərə» surəsi, 2/125). "Allah pak olanları sevir". ("Tövbə" surəsi, 9/108). Özünüzü və yaxınlarınızı qoruyun" şərhini yazıb.

İzləyicilərin bəziləri onun fikri ilə razılaşsa da mübahisə aparanlar da olub.

"İndi bütün dünya koronavirusdan qorunmaq üçün dəstəmaz alır" - Dj Tural