Koronovirusun çarəsi tapıldı


Koronovirusun çarəsi tapıldı

Çinin səhiyyə rəsmisi Yaponiya tərəfindən hazırlanan "favipiravir" (digər adı - avigan) adlı dərmanın koronavirusun müalicəsində effektiv olduğunu bildirib. 
Mediatime.Az-ın məlumatına görə Guardian-da dərc edilən məqalədə qeyd edilir ki, bu dərman koronavirusa yoluxmuş şəxsləri 4 gündə sağalda bilir, xəstələrin 91%-də ağciyərin vəziyyətinə müsbət təsir edir. 
Bununla yanaşı bildirilir ki, bu dərman xəstəliyin ilkin fazasında (orta simptomlar zamanı) effektivdir, virus bədəndə çoxaldığı halda, dərmanın effektiv olmadığı qeyd edilir. 
Bu dərman 2016-cı ildə ebolaya qarşı mübarizə zamanı da sınaqdan keçirilib.