Öncə Zamiq sonra Tünzalə


Öncə Zamiq sonra Tünzalə

Müğənni Zamiq Hüseynov daha bir nümunəvi addım atıb.
 Mediatime.az xəbər verir ki, İfaçı "İnstaqram" səhifəsində canlı yayım vasitəsilə izləyiciləri üçün mini konsert proqramı təşkil edib. "ZH Studio"da musiqiçilərinin müşayiəti ilə baş tutan gecədə Zamiq sevilən mahnılarını ard-arda canlı səsləndirib. Pop ulduz həmkarları sırasında ilk olaraq reallaşdırdığı bu jesti ilə izləyicilərini heyran edib. Hüseynov musiqili günlərin ənənəvi olacağını da bildirərək, həmkarlarını "challenge" ə çağırıb. Qeyd edək ki, sənətçi bu layihəni koronavirus epidemiyasının dünyada sürətli yayıldığı dönəmdə motivasiya xarakteri ilə həyata keçirir.

Onu da bildirək ki,  xalq artisti Tünzalə Ağayeva da evində konsert verməyi planlaşdıraraq, ilkə imza atmağı düşünürdü. Lakin Zamiq onu qabaqladı.