Azərbaycanda daha 41 nəfər koronavirusa yoluxdu


Azərbaycanda daha 41 nəfər koronavirusa yoluxdu

Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilir.
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, son məlumatlara görə, indiyə qədər olan xəstələrdən əlavə 41 nəfərdə yoluxma qeydə alınıb. 
Onlardan 8-nin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti orta ağırdır. Bu son rəqəm deyil.