Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı


Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı

Azərbaycan Respublikasında 78 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir. Ümumilikdə koronavirusa yoluxmuş 521 nəfərdən 32 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş,484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.