Zibilqabıdan yeni doğulmuş körpə meyiti tapıldı


Zibilqabıdan yeni doğulmuş körpə meyiti tapıldı

Sumqayıtda zibilqabıdan meyit tapılıb.

“MediaTime"ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb. 
Həmin ərazidəki zibilqablarından birindən yeni doğulmuş qız uşağının meyiti aşkar edilib. Körpənin meyiti ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.