Mağazalarda paltardəyişmə otaqlarından istifadə qadağan olundu


Mağazalarda paltardəyişmə otaqlarından istifadə qadağan olundu

Pandemiya dövründə geyim, kosmetika, qızıl, mobil cihazların satışına dair qaydalar müəyyənləşib.

MediaTime.Az-ın "koronavirusinfo.az" saytına istinadən məlumatına görə, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda bildirilib. 
Geyim satışı: • Dəyişmə otaqlarından istifadə qadağandır;

Kosmetika və ətriyyat satışı: • Nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağandır;

Qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti: • Müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.

Mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri: • Müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.