Qapalı məkanlarda maskadan istifadə məcburi oldu


Qapalı məkanlarda maskadan istifadə məcburi oldu

Vətəndaş qəbulu həyata keçirilən qurumlarda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər hazılanıb.

MediaTime.Az-ın "koronavirus.info" saytına istinadən məlumatına görə, sənəd vətəndaş qəbulu həyata keçirən qurumların (ASAN xidmət və DOST mərkəzləri, vətəndaş qəbulu ilə məşğul olan qurumlar və s.) işçilərinin və müraciət edən vətəndaşların sağlamlığının qorunması məqsədi ilə koronavirus (COVID-19) infeksiyasının hazırda olan elmi araşdırmaların faktlarına əsaslanaraq tərtib olunub.

İnsanların sıx toplandığı digər ictimai yerlərdə olduğu kimi, vətəndaş qəbulu həyata keçirən qurum mərkəzlərində yoluxma ehtimalı yüksəkdir. Müraciət edən vətəndaşlar öz aralarında və işçilərlə (xidmət göstərən əməkdaşlar və s.) sıx qarşılıqlı münasibətdə olurlar. Xidmət mərkəzlərinin hər bir heyət üzvü Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən verilən COVID-19-a qarşı əsas müdafiə tədbirlərinə, (əl gigiyenası, sosial məsafənin saxlanması, gözlərə, burun və ağıza toxunmamaq, tənəffüs gigiyenasına riayət etmək) və xəstəliyə uyğun simptomlar varsa evdə qalaraq, tibbi yardım üçün müraciət etmək kimi tövsiyələrinə xüsusi diqqət yetirməlidir. 
Aşağıdakı şərtlən təmin olunmalıdır:

Müraciət edən vətəndaşları məlumatlandırmaq məqsədilə infoqrafların müəssisənin giriş-çıxış qapılarında və rahat görünən digər yerlərdə asılması və hər bir vətəndaşa təqdim olunması; 
COVID-19 xəstəliyi ilə bağlı xüsusi karantin rejimi bitənə qədər əhalinin sıx toplaşmasının qarşısının alınması məqsədi ilə elektron növbə sisteminin tətbiq edilməsi və müəssisənin fəaliyyətdə olduğu saatlarda insanların sosial məsafə saxlaması (2 metrdən az olmamaq şərti ilə); Vətəndaş qəbulu həyata keçirən qurum mərkəzlərində çalışan işçilərin gün ərzində bir çox insanla yaxın təmasda olduğunu nəzərə alaraq, tibbi maska və həmçinin dezinfeksiya məhlulundan istifadə etmələri;

Müəssisədə sanitar qovşaqlar, soyunub-geyinmə otaqları, mexaniki və təbii havalandırma, işıqlandırma, su-kanalizasiya sistemləri, təmizlik və dezinfeksiya üçün istifadə olunan vasitələrin mühafizəsi, işçi heyətin şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl olunması; 
Zalların və otaqların mütəmadi havalandırılması;