Mədəniyyət nazirinin müavini və Xidmət rəisi işdən çıxarıldı-Sərəncam


Mədəniyyət nazirinin müavini və Xidmət rəisi işdən çıxarıldı-Sərəncam

Prezident İlham Əliyev Rafiq Bayramovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
MediaTime.Az  xəbər verir ki, sərəncama əsasən, Rafiq Yasin oğlu Bayramov Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Zakir İmran oğlu Sultanov Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.