AzTV karantin rejimini pozan verlişini efirə vermədi


AzTV karantin rejimini pozan verlişini efirə vermədi

MediaTime.Az  olaraq Azərbaycan Televiziyasının (AzTV) Nazirlər Kabinetinin Operativ Qərərgahının xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozduğu haqda xəbər vermişdik. Kanalın əməkdaşları  təxminən 6 may tarixində karantin dövründə müvəqqəti fəaliyyəti dayandırılan Musiqili Teatrın binasını açdıraraq, 80 nəfərdən ibarət çəkiliş ediblər. 

Məsələ ilə bağlı kanal rəsmisi sözügedən çəkilişin xeyli müddət əvvəl, yəni karantindən öncə çəkildiyini bildirsə də, faktlar əksini göstərmişdi. 

Dərc etdiyimiz məqalədən sonra kanal, 10 may tarixində yayımlanması planlaşdırılan verilişi efir siyahısından çıxardıb. Günlərdir AzTv-nin efirində anonsların getməsinə baxmayaraq,  ötən gün saat 19:00 üçün təyin edilən proqram yayımlanmayıb.  

Gözümüzdən qaçmayan daha bir məqam isə kanalın rəsmi sosial şəbəkədəki səhifələrindən, o cümlədən əməkdaşlarının da şəxsi hesabından verilişin anonsunun silinməsi olub.

Bununla da Azərbaycan Televiziyası dərc etdiyimiz xəbəri təsdiqləmiş olub.