Koronavirusun miqyası böyüyür - Bu ölkədə də tapıldı


Koronavirusun miqyası böyüyür - Bu ölkədə də tapıldı

Dominikan Respublikasına gələn İtaliya vətəndaşında koronavirus aşkarlanıb. Bu barədə “Listin Diario” qəzeti ölkənin Səhiyyə naziri Rafael Sançes Kardenasa istinadən xəbər verib.
Nəşrin məlumatına görə, kişi respublikanın şərqində yerləşən Ramon de Lara hərbi xəstəxanasına yerləşdirilib.
Elə həmin xəstəxanada daha bir əcnəbi koronavirus şübhəsi ilə yatır. 56 yaşlı fransızın koronavirusa yoluxması hələ təsdiqini tapmayıb.