Vagif Mustafayev "Space"dən gedib Tahir İmanov gəlib?


Vagif Mustafayev "Space"dən  gedib Tahir İmanov gəlib?

““Space” telekanalın rəhbəri Vaqif Mustafayevin vəzifəsindən getməsi onun yerinə isə Əməkdar artist Tahir İmanovun gətirilməsi barədə xəbər əldə etmişik. 
Mediatime.Az olaraq məlumatın nə qədər doğru olub-olmadığını aydınlaşdırmaq üçün Tahir İmanovun özü ilə əlaqə saxladıq.
O yayılan iddialara belə cavab verib:
"Mən bu barədə heçnə deyə bilmərəm. Məsləhət görərdim ki, mənə sənətimlə bağlı sual verəsiniz. Mən hazırda çəkiliş meydandayam".
Qeyd edək ki, T.İmanov sosial mediadakı çıxışlarında dəfələrlə “Space” TV-nin rəhbərliyini və kanalı tənqid edib.
MediaTIME