Vəkil Afaq Bəşirqızının oğlundan danışdı: "Boşanma halı mövcud deyil..."


Vəkil Afaq Bəşirqızının oğlundan danışdı: "Boşanma halı mövcud deyil..."

Ötən gün mətbuatda xalq artisti Afaq Bəşirqızının oğlunun həyat yoldaşından ayrılma xəbəri yer alıb. Məsələ ilə bağlı xalq artistinin ailə vəkili, Vəkillər Kollegiyası Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Gülşən Salmanova ilə əlaqə saxladıq.

 MediaTime.AZ-a danışan vəkil yayılan xəbəri təkzib etdi. Vəkil, dərc edilən informasiyanın doğru olmadığını saytımız vasitəsi ilə çatdırır: 


"Bu informasiya kökündən yalnışdır. Ola bilər ki, eyni adda, eyni soyadda başqa şəxlər var. Bu o demək deyil ki, onlar məhz Afaq xanımın oğludur və yaxud gəlinidir. boşananlar. Afaq xanımın ailəsində bu gün, hal-hazırda boşanma halı mövcud deyil. 
Nə oğlu, nə də gəlini nikahın pozulması dair iddialı ilə hər hansı məhkəməyə müraciət etməyib".


 Qeyd edək ki, Afaq Bəşirqızının oğlu Səmral Təhməzovun həyat yoldaşı Könül Təhməzovadan boşanması barədə Yasamal rayon Məhkəməsinə müraciət olunması ilə bağlı ilk xəbəri 
unikal.org saytı yayıb.


Elton Hacıyev / “MediaTime