İranda ziyarətgahdakı bu görüntülər tənqidə səbəb oldu - Video


İranda ziyarətgahdakı bu görüntülər tənqidə səbəb oldu - Video

Son günlər ölümcül koronavirusla mübarizə aparan İranda vətəndaşlar fərqli üsula əl atıblar.
MediaTime.az “Al Arabiya” telekanalına istinadən xəbər verir ki, bəzi iranlılar koronavirusa yoluxmaqdan qorxmadıqlarını göstərmək üçün şiə ziyarətgahlarını öpməyə başlayıblar.
Qısa müddətdə sosial şəbəkədə yayılan bu görüntülər qınaqla qarşılanıb.
Qeyd edək ki, hazırda İran COVİD-19 virusunun yayıldığı ölkələr arasında ilk üçlükdədir. Ölkədə 593 nəfər koronavirusa yoluxub, onlardan 43-ü vəfat edib.