Emin Ağalarov nişanlandı - Görün kimin qızı ilə


Emin Ağalarov nişanlandı

Azərbaycanın xalq artisti, tanınmış müğənni Emin Ağalarov (40) nişanladı.

MediaTime-ın məlumatına görə, nişan mərasimi Moskvada baş tutub. Emin Ağalarov Baş Qərargah rəisi Nəcməddin Sadıqovun qızı Fatimə (25) ilə nişanlanıb.

Qeyd edək ki, bir neçə gün müddət öncə Emin Ağalarov həmin xanımın şərəfinə musiqi də bəstələyib. Müğənni bəstələdiyi musiqi barəsində danışarkən bunları qeyd edib: "Bu, mənim üçün gözlənilməz bir musiqidir"

Bildiyimiz kimi, Emin Ağalarov bundan öncə Alyona Qavrilova ilə evli idi. Cütlük bir müddət öncə ayrılmışdı.


Elton / "MediaTime"