Bakıda qadın maşınında soyuldu


Bakıda qadın maşınında soyuldu

Fevralın 29-da isə Yasamal rayonunda gənc qadın qarət olunub.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.


34 yaşlı Leyla İsakova 26-cı Polis Bölməsinə şikayət edərək, "Volksvagen" markalı avtomobilində Hacı adlı bir dostu ilə birlikdə apardığı iki nəfərin hücumuna məruz qaldığını bildirib.

Həmin şəxslər bıçaqla, fiziki zorakılıqla hədələyərək, onun 4500 manat dəyərində qızıl-zinət əşyalarını alıblar. Bundan sonra onların üçü də hadisə yerindən qaçıblar.

Polis əməkdaşları şübhəli şəxslərin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində əməliyyat tədbirlərini davam etdirirlər.