AZAL Koronavirusa qarşı dezinfeksiya apardı-VİDEO


AZAL  Koronavirusa qarşı dezinfeksiya apardı-VİDEO

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti COVID-19 koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün bütün mülki aviasiya obyektlərinin dezinfeksiyasını həyata keçirir. 

Azərbaycanın beynəlxalq hava limanlarında aşağıdakı tədbirlər görülür:

- sutka ərzində dörd dəfə qeydiyyat zonalarında, tualetlərdə, sərnişinlər üçün nəzərdə tutulmuş otaqlarda bütün səthlərin, habelə sərnişinlərə və onların baqajlarına  xidmət göstərən işçi heyətinin geyim və ayaqqabılarının dezinfeksiyası təmin edilir.

- gələn bütün sərnişinlər bədən hərarətini ölçən xüsusi cihaz vasitəsilə 3 səviyyəli yoxlamadan keçir;

- koronavirus infeksiyasına yoluxması şübhəli bilinən sərnişinin olduğu hava gəmisi üçün karantin meydançası ayrılmışdır. Belə hava gəmisinə xidmət göstərmək üçün istifadə olunmuş xüsusi texnika dezinfeksiyaedici vasitələrlə xüsusi qaydada emaletmə prosedurundan keçir;

- yüksək bədən hərarəti aşkar edilən şəxslərin dərhal təcrid edilməsi üçün aeroportda xüsusi otaq ayrılmışdır;

- koronavirus infeksiyasına yoluxmaqda şübhəli bilinən şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsinə çatdırılması üçün hava limanı ərazisində təcili tibbi yardım maşınları daim növbətçilik edir.