“Azərbaycan Ordusu kritik mərhələni keçdi, indi daha sürətlə irəliləyəcək...” - SEVİNDİRİCİ AÇIQLAMA


“Azərbaycan Ordusu kritik mərhələni keçdi, indi daha sürətlə irəliləyəcək...” - SEVİNDİRİCİ AÇIQLAMA

Türkiyəli təhlükəsizlik və antiterror məsələləri üzrə ekspert Coşkun Başbuğ “Yeni Şafak” qəzetinə müsahibəsində Azərbaycan Ordusunun Qarabağda döyüş əməliyyatlarını şərh edib.

MediaTIME xəbər verir ki, onun sözlərinə görə, Azərbaycan Ordusu həm əməliyyatın planlaşdırılması, həm icra edilməsi mərhələsini çox uğurlu şəkildə həyata keçirir.

Başbuğ qeyd edib ki, Dağlıq Qarabağ kimi mürəkkəb coğrafi şəraitə malik bölgədə dünyanın azsaylı orduları döyüş əməliyyatları apara bilər. “Bu cür mürəkkəb, çətin əməliyyatdan əvvəl qərargah zabitlərinin ərazini çox ciddi təhlil etməsi lazım idi. Əməliyyatların gedişi Azərbaycan Silahlı Qüvvələrinin bu işi necə düzgün gördüyünü sübut edir. Çünki şüursuzcasına hərəkət edilsəydi xaos, qəza və ciddi itkilər olardı. Azərbaycanı həqiqətən təbrik etmək lazımdır. Oradan gələn qardaşlarımıza verdiyimiz təlimlərlə hərbi ruhun yüksəldiyini görürük”,- Coşkun Başbuğ belə deyib.


MediaTIME