Prezident cəbhədən şad xəbər verdi


Prezident cəbhədən şad xəbər verdi

"Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün demək olar ki, ya hansısa bir şəhər, ya köy işğaldan azad edilir, yaxudda ki, köylərin yerləşməsi nəzarət altına alınır".

MediaTIME xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına verdiyi müsahibədə deyib.
Dövlət başçısı bildirib ki, bu gün bir neçə yaşayış məntəqəsi bizim tam nəzarətimiz altındadır:
"Sadəcə olaraq o yaşayış məntəqələrinə biz hələ girməmişik. Çünki hərbi nöqteyi nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik.
Bütün cəbhə boyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır. Belə olan halda öz heyfini, öz acısını, öz məğlubiyyətini sivillərdən çıxarmaq istəyir".

MediaTIME