S-300 kömək etmədi: Azərbaycan erməni HHM sistemlərini hiylə ilə məhv edib - Rusiya nəşri


S-300 kömək etmədi: Azərbaycan erməni HHM sistemlərini hiylə ilə məhv edib - Rusiya nəşri

Azərbaycanın hərbi təyyarələrinin itirilməsi Ermənistana qarşı işlədilən hiylə olub.

"MediaTIMETrend-ə istinadən bildirir ki, bunu Rusiyanın "Avia.pro" nəşri yazır.
Qeyd olunub ki, Ermənistanın hava hücumundan müdafiə (HHM) sistemləri qondarma "DQR" üzərində uçuşlar həyata keçirən təyyarələri müəyyən edərkən öz dəqiq koordinatlarını üzə çıxarıb. Söhbət An-2 təyyarələrinin pilotsuz versiylarından gedir. Bu təyyarələr HHM sistemlərində hərbi təyyarələr kimi əks olunub və bu Azərbaycanın Müdafiə Nazirliyinin S-300 zenit-raket kompleksinin dəqiq yerləri barədə məlumat əldə etməsinə imkan verib:
"Pilotsuz An-2-lərin itirilməsi elə də böyük problem deyil. Amma əvəzində Azərbaycan ermənilərin S-300 komplekslərinin və digər orta və uzaq məsafəli komplekslərinin yerini müəyyənləşdirib. Onlara hücum etməklə, Bakı Yerevanı tamamilə müdafiəsiz qoya bilər".
Bu günədək Ermənistan Azərbaycanın azı 17 hərbi təyyarəsini itirdiyini bəyan edib, amma yalnız 4 AN-2 uçuş aparatının vurulması barədə təsdiqlənmiş məlumat var:
"İstisna deyil ki, Azərbaycan Ermənistanın S-300-lərini susdurmağa başlayacaq, bundan sonra isə onları bir neçə min dollarlıq PUA-larla məhv etmək asan olacaq. Bu, artıq Qarabağ ərazisində 3 rayonda nümayiş etdirilib. Bu halda An-2 təyyarələrinin itirilməsi də özünü tamamilə doğruldur".

MediaTIME