Mələkxanım Əyyubovanın polkovnik əri işdən çıxarıldı


Mələkxanım Əyyubovanın polkovnik əri

Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

MediaTime Unikal.org-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının xidmət üzrə komandir müavini, polis polkovniki Xosrov Nəcəfov vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib. Hələlik həmin vəzifəyə təyinat yoxdur.
Qeyd edək ki, Xosrov Nəcəfov Xalq artisti Mələkxanım Əyyubovanın həyat yoldaşıdır.