Verilişi bağlanan Tolikdən açıqlama gəldi: "Məhz Murad Dadaşov sayəsində..."


Verilişi bağlanan Tolikdən açıqlama gəldi: "Məhz Murad Dadaşov sayəsində..."

Xəzər Tv-nin rəhbər dəyişikliyindən sonra kanalda dilk qərar qəbul edilib. Tarix Əliyevnin idarə etdiyi "Hər şey daxil" proqramı bağlanıb. MediaTime.Az-a açıqlama verən layihənin rəhbəri və aparıcısı Tarix Əliyev məsələyə belə münasibət bildirib: 
"Əziz dostlar, bu açıqlamanı verməklə 2 gündür medianı zəbp edən məsələyə aydınlıq gətirmək istəyirəm. Mən Xərət Tv- də 3 ilə yaxındır  "Hər şey daxil" layihəsinin həm rəhbəri həm də aparıcısıyam. Bu müddət ərzində məni sevən də sevməyən də qəbul edib. Düzdür, insanların gözü bir şey görməyə öyrəşsə də, düşünürəm ki, dəyişmək, yenilənmək lazımdır.Gərək göz yorulmasın. Xəzər Tv -yə yeni gələn rəhbərim Murad Dadaşov məni bu gün deyil, dünən deyil, 10 ildir tanıyır. Və mən məhz onun sayəsində 3 dəfə ölkənin ən reytingli realiti şousu olan "Maşın" şounun iştirakçısı olmuşam. M. Dadaşovun  əməyi ilə geniş kütləyə təqdim olunmuşam. O ki, qaldı "Hər şey daxil"in bağlanmasına... Bu son deyil. İnşallah yaxın zamanda Xəzər Tv-də yeni layihəmlə sizlərin qarşısında olacam. Murad Dadaşov istəsəydi məni kanalda uzaqlaşdıra bilərdi. Amma o, potensialımı yüksək qiymətləndirərək, mənə etibadı göstərir. Təşəkkür edirəm. Sonda deyim ki, məni dəstəkləyən də də, dəstəkləməyən də sağ olsun. Hər kəsə uğurlar."


Xatırladaq ki, verilişin bağlansına səbəb ötən gün efirdə baş verən Elza Seyidcahan və Mətanət Əsədova qalmaqalı idi.