Səfərbərlikdən Kamil Zeynallı barədə - Açıqlama


Səfərbərlikdən Kamil Zeynallı barədə -

Fitnes məşqçisi Kamil Zeynallının Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti tərəfindən medalla təltif olunması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

MediaTime xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi mayor Füzuli İsmayılov qeyd edib. O bildirib ki, Kamil Zeynallı qurum tərəfindən heç bir medal və mükafatla təltif edilməyib:

“Bəzi sosial şəbəkə hesablarında və xəbər saytlarında Kamil Zeynallı adlı vətəndaşın Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti tərəfindən təltif olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Bildiririk ki, həmin şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən heç bir medal və mükafatla təltif edilməyib”.

Qeyd edək ki, ötən gün Kamil Zeynallı Feysbuk hesabında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən "Vətən naminə" və "Milli ordu-100" medalı ilə təltif edildiyini bildirərək, xidmətin rəisi general Arzu Rəhimova və onun 1-ci müavini Mayıl Şahverdiyevə təşəkkür edib.

Elton HACIYEV