DataLife Engine / "Kristal Abşeron" un budoçusu

"Kristal Abşeron" un budoçusu

İyulun 26-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində budo üzrə Azərbaycan çempionata start verilib. 


MediaTime xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda "Kristal Abşeron"un əməkdaşı Elşad Hacıyev budonun semi-kontakt növü üzrə 75 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu olub. İdmançı qızıl medal qazanıb.

 İdmançımızı təbrik edir və ona qarşıda keçiriləcək yarışlarda uğurlar arzulayırıq.

Çempionatda 700-ə yaxın idmançı iştirak edir.

Qeyd edək ki, yarışa iyulun 27-də yekun vurulacaq.


Elton HACIYEV



26-07-2021, 23:20
Вернуться назад