DataLife Engine / Nigar İbrahimova salonuna hücum edən cinsi azlıqdan danışdı:

Nigar İbrahimova salonuna hücum edən cinsi azlıqdan danışdı:

Bir neçə müddətdir Kənan Tağıyev (indiki  adı Anna) cinsi azlıq nümayəndəsi mağaza, gözəllik salonlarına hücum edərək videoya çəkib, sosial şəbəkədə yayır. Bu dəfə o, məşhur vizajist Nigar İbrahimovanın "İN studio" gözəllik mərkəzinə hücum edib.

İş xanımı salonuna cinsi azlıq nümayəndəsinin hücum çəkməsindən MediaTime-a danışıb: 

“Əlbəttə bu sifarişli bir oyun idi, üstünü açdıq. Biz hər bir insana hörmətlə yanaşırıq və ayrı-seçkilik etmiriksə bu o demək deyil həmin şəxs salonu dağıtmalı, müştərinin üzünə tüpürməlidir. O, bayırdan telefonla çəkərək salona daxil olub. Özünü idarə edə bilməyib, ağzı söz tutmayıb, gözləri dolub. Qanının yoxlanmasını xahiş etdim. 16 kamera var salonumda. 2400 manatlıq güzgüm, 2600 manata olan saç aparatım, hər biri 350 manata olan güldanlarım sındırılıb, min manatlıq gülüm qırılıb. Beş mindən artıq mənə ziyan dəyib. 2 dəfə 102-yə yığdım, polislər gəldi. Hər kəsi təhqir edən bu şəxs Türkiyədən deportasiya olunub, əvvəl isə Bakcellin işçisi olub, adı da Kənan Tağıyevdir. 5 nəfərin şərəf-ləyaqətini alçaldıb. Polis izahat üçün aparıb, iki saatlıq sorğu-sualdan sonra buraxılıb. Daha iki tanınmış salona yığıb ki, gəlib oranı da dağıdacam. Onlar oyaq olub, qarşısı alınıb.

21 ildir xalqa xidmət edən salonuq. Sən kimsən ki, obyekti bağlatdırırsan? Dövlət, qanunlar var”.

N.İbrahimova salona 5 mindən çox ziyan dəydiyini deyib:

"Saç aparatım sınıb, 2400 manatlıq güzgümü, min manatlıq gülümü, 100 manatlıq gülqabımı qırıb. Kassa aparatımı, digər əşyaları sındırıb. Məhkəməyə müraciət etmişik ki, bu şəxs təzminatı ödəsin".

3-09-2021, 11:30
Вернуться назад