DataLife Engine / Maqsud Mahmudov Azərbaycana gətirildi -

Maqsud Mahmudov Azərbaycana gətirildi -

Ötən ildən axtarışda olan keçmiş iş adamı, bloqer Maqsud Mahmudov saxlanılıb.

MediaTime xəbər verir ki, bu haqda Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Məlumatda bildirilib ki, 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub.

Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.


18-09-2021, 11:27
Вернуться назад