Kolleksiyalarını tacikistanlara onlar təqdim edəcək


Kolleksiyalarını  tacikistanlara  onlar təqdim edəcək

"Yes Moda Evi"nin rəhbəri məşhur modelyer- dizayner Yeganə Sadıxova və yeni başlayan istedadlı gənc dizayner Kamilə Məmmədzadə Tacikistan moda həftəsində iştirak edəcəklər. 

Onlar aprelin 2-3-4-də Tacikistanda keçiriləcək Moda həftəsində  yeni kolleksiyalarından olan 30 geyim təqdim edəcəklər. Bunu MediaTime-a Y.Sadıxovanın  özü deyib.

TFW-nin prezidenti Toxir İbrahimov təşkil etdiyi “Fashion Week Tajikistan”da Özbəkistan, Qazaxıstan, Böyük Britaniya və başqa dövlətlərindən olan məşhur dizaynerlərinin kolleksiyaları da sərgilənəcək.

Xatırladaq ki, Y.Sadıxovanın kolleksiyaları daha əvvəl Türkiyə, Rusiya, Fransa, Səudiyyə Ərəbistanı və Cənubi Koreyada keçirilmiş Moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla təqdim edilib.



Elton HACIYEV