Yeganə Sadıxova "Şahzadəsi" ilə Sankt-Peterburqu HEYRAN ETDİ


Yeganə Sadıxova "Şahzadəsi" ilə Sankt-Peterburqu

Azərbaycanlı modelyer dizayner Yeganə Sadıxova Sankt Peterburq Moda Həftəsi çərçivəsində "Şahzadə" adlı dəb kolleksiyasını təqdim edib.

MediaTime xəbər verir ki, "Şahzadə" mövzusunda olan bu kolleksiyasını yaratmağa dizayneri 2 yaşlı qız nəvəsi ruhlandırıb.
Podiuma yeni başlayan istedadlı gənc dizayner Kamilə Məmmədzadə baş maniken olaraq çıxıb. Modellər arasında " Miss Union -2017" Beynəlxalq gözəllik müsabiqəsinin qalibi, model Səhər Əkbər də olub. Ümumilikdə kolleksiyanı 45 əcnəbi model nümayiş etdirib.
2021-ci ilin yaz-yay mövsümünün kolleksiyasının təqdimatından danışan Yeganə xanım deyib ki, burada səslənən müğənni Cəmilin səsi "Şahzadə" (Princessa) kolleksiyasının təqdimatını tamamlayır.
Nümayiş Sankt - Peterburqda böyük marağa səbəb olub və böyük kütlə tərəfindən izlənilib.

Xatırladaq ki, Y.Sadıxovanın "Yes Couture" markası Xalq artisti Aygün Kazımova, super ulduz Rəhim Rəhimli, müğənnilər Nigar Camal, Samir Bağırov və Lətifə Söyuöz kimi məşhur ulduzlarının seçimidir.







Elton HACIYEV