Bu dəfə “Space”ə o, rəhbər təyin edildi


Bu dəfə “Space”ə o, rəhbər təyin edildi

“Space” teleradio şirkətinin yeni rəhbəri məlum olub. 

Metimenın News24.az-a istinadən məlumatına görə, bu vəzifəyə Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov təyinat alıb. O, bu gün kollektivə təqdim edilib.

Qeyd edək ki, ssenarist, kinoprodüser Müşfiq Mürşüd oğlu Hətəmov 2011-ci ildən 2019-cu ilədək “Azərbaycanfilm" kinostudiyasının direktoru olub. 2016-cı ildə Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülüb.

Xatırladaq ki, 2006-2021-ci illərdə “Space”in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb. May ayının 5-də isə “Space” teleradio şirkətinə Ülviyyə Mikayılova təyinat alsa da, beş gün sonra o, tutduğu vəzifədən istefa verib.

Elton HACIYEV