"Türk oğluyuq bir millətik, bu birliklə əzəmətik!"- Cəlal Qurbanov


"Türk oğluyuq bir millətik, bu birliklə əzəmətik!"-

"Türkiyə-Azərbaycan!
Biz əzəldən bir olmuşuq,
Bir anadan doğulmuşuq.
Qurban verib hürr olmuşuq,
Türkiyə-Azərbaycan!

Soyumuz bir, qanımız bir.
Dinimiz bir, dilimiz bir.
Haqqa doğru yolumuz bir,
Türkiyə-Azərbaycan!

Türk oğluyuq, bir Millətik,
Bu birliklə Əzəmətik.
Sənə fəda olsun bu can,
Türkiyə-Azərbaycan!"


MediaTime xəbər verir ki, bu sözlər AYB-nin üzvü, vətənpərvər mahnıların söz yazarı Cəlal Qurbanova məxsusdur. O, 28 May Respublika Günü münasibətilə paylaşım edib:

"Bu gün tariximizin ən şanlı və parlaq səhifələrindən biridir. 103 il əvvəl məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə şərqdə ilk müstəqil,azad, demokratik respublika yaradıldı. Məhz bu gündə baş verənlər xalqın milli şüurunu özünə qaytardı, kökümüzü, soyumuzu, əcdadımızı, bir türk dövləti olduğumuzu bir daha bizə xatırlatdı.
Hələ 2-ci Qarabağ müharibəsindən əvvəl Əli balam “Ey Türk Oğlu Qalx Ayağa” adlı layihədə - bir millət iki dövlət - olduğumuz haqda çağırış etmişdi. Və orda Türk Bayrağını qürurla daşıyan Şəhid Qardaşımız Rəhim Hüseynovun daşıdığı O Şanlı Türk bayrağını, İndi - Böyük Zəfərimizdən sonra Əli başı dik bu bayrağı qürurla və fəxarətlə daşıyır. Bəli... Türk oğulları bir olarsa onlara üstün gəlmək, qolunu bükmək mümkün deyildir. Son zəfərimizdə bu bir daha sübut olundu. Əbədi birliyimiz var olsun! AZƏRBAYCAN, TÜRKİYƏ bayraqları daim yüksək zirvələrdə qoşa dalğalansın!"




Elton HACIYEV