Ramiz Əzizbəyli ilə vida mərasimi evində keçiriləcək


Ramiz Əzizbəyli ilə vida mərasimi evində keçiriləcək

Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Əzizbəyli ötən gün yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Aktyorun qohumu, müğənni Nurlan Əzizbəyli Axşam.az-a açıqlamasında bildirib ki, mərhumla vida mərasimi Yeni Yasamalda yerləşən evində keçiriləcək.
"Harada dəfn olunacağı hələ məlum deyil. Ramiz Əzizbəylinin nəşi bir azdan evinə gətiriləcək. Hələ xəstəxanadan ailəsinə təhvil verilməyib" deyə, N.Əzizbəyli qeyd edib.
Qeyd edək ki, Xalq artisi Ramiz Əzizbəyli bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.