"Atam Türkiyəyə aparılmayıb, Bakıdadır"


"Atam Türkiyəyə aparılmayıb, Bakıdadır"

Xalq artisti Arif Babayevin səhhətinin pisləşdiyi və Türkiyəyə aparılması haqda məlumat yayılıb.

MediaTime xəbər verir ki, məlumatı ötən gün aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə paylaşmışdı.
Xalq artistinin oğlu Yaşar Babayev APA-ya açıqlamasında bildirib ki, Arif Babayev Türkiyəyə aparılmayıb, Bakıdadır. O deyib ki, atasının səhhəti normaldır:
“Onun Türkiyəyə aparılması ilə bağlı deyilənlər yalandır, hazırda Bakıdadır. Sadəcə yaxın vaxtlarda müayinə üçün Türkiyəyə aparmağı planlaşdırırıq”.

Elton HACIYEV