Səyyad Əlizadənin dəfn olunacağı yer bilindi


Səyyad Əlizadənin dəfn olunacağı yer bilindi

Ötən gün koronavirusdan vəfat edən müğənni Səyyad Əlizadənin dəfn oluncağı yer müəyyənləşib.

MediaTime
xəbər verir ki, bu barədə Əməkdar artist Yusif Mustafayev sosial şəbəkədə məlumat verib. 
O bildirib ki, mərhum sənətçi bu gün doğulduğu Füzuli rayonunun Babı kəndində torpağa tapşırılacaq.
Qeyd edək ki, S.Əlizadə sentyabrın 13-də Zığdakı modul tipli xəstəxanaya yerləşdirilmişdi. O, bir neçə gün əvvəl Mərkəzi Gömrük hospitalına köçürülmüşdü. Vəziyyəti ağır olan müğənninin ciyərinin 80 faizi buzlaşmışdı. Həkimlər onu suni komada saxlayırdı.

Elton HACIYEV