Fatimə Fətəliyeva şəhidlərin anım mərasimini keçirdi


Fatimə Fətəliyeva şəhidlərin anım mərasimini keçirdi

Rəqqasə Fatimə Fətəliyeva nümunəvi təşəbbüsə imza atıb. 
 
MediaTime xəbər verir ki, sənətçi  torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərimizin ruhlarına ehtiram məqsədilə anım mərasimi keçirdib.  
 
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Heydər məscidində şəhidlərin xatirəsinə həsr olunan mərasimində Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, Millət vəkilləri, tanınmış similar, Vətən müharibəsi qaziləri və veteranları, torpaqlarının azadlığı uğrunda mübarizədə şəhid olan və yaralanan hərbçilərin anaları iştirak ediblər.