ATV-nin keçmiş prezidenti İTV-də efirə çıxdı - Video


ATV-nin keçmiş prezidenti İTV-də efirə çıxdı -

ATV telekanalının keçmiş prezidenti, Əməkdar jurnalist Vüqar Qaradağlı İctimai Televiziyada “Fatehin divanı” verilişinin qonağı olub. MediaTime.Az xəbər verir ki, Vüqar Qaradağlı ATV-dən ayrıldıqdan sonra ilk dəfə efirə çıxıb.

Əməkdar jurnalist =verilişin aparıcısı Fatehlə söhbətində bir çox məqamlardan danışıb. O, hazırda doktorluq dissertasiyası üzrə çalışdığını qeyd edib.

Qeyd edək ki, Vüqar Qaradağlı 2012-2017-ci illərdə  Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının prezidenti olub. O, 26 sentyabr 2017-ci ildə tutduğu vəzifədən azad edilib. Onun yerinə  bu postu Azər Xəlilov təyinat alıb.