MediaTime xəbər verir ki, tədbirin aparıcıları Sədaqət Rəşidqızı və Zabir Əliyev olub.
Tədbirdə il ərzində uğur qazanmış xanım millət vəkilləri, iş adamları, elm və təhsil sahəsində çalışan xanımlar, teleaparıcılar, jurnalistlər, dövlət qulluqçuları, gözəllik sahəsində fəaliyyət göstərən xanımlar mükafat və “X-Lady”, “Bizim Tarla”, “Esna” parfumdan hədiyyələrlə təltif olunublar.
Mükafat alanlar sırasında Millər vəkilləri Hicran Hüseynova, Jalə Əhmədova, Kamilə Əliyeva, Fatimə Yıldırım, ictimai xadimlər Zəkiyə Həmzəyeva, Vəsilə Müslümova, Qəmər Əliyarova, sahibkar xanimlar Xəyalə Mütəllimova, Sara Rüstəmova, Fəridə Əlizadə, Orli Əliyeva, Aytən Hüseynzadə, Xalq artisti Məleykə Əsədova, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, aparıcılar Aliyə Mustafayeva, Zümrüd Şahova, həkimlər Radjini Candra, Elvira Andreeva, Aygül Zülfüqarova və digərləri “İlin işgüzar xanımı” mükafatına və layiq görülüblər.




























