Afaq Bəşirqızından mərhum diaspora liderinin oğluna: "Sən xoşbəxtsən..."


Afaq Bəşirqızından mərhum diaspora liderinin oğluna:

Xalq artisti Afaq Bəşirqızı mərhum biznesmen və yerli azərbaycanlı diasporunun lideri Sərraf Məmmədovun oğlu Ruslan Məmmədovu Rusiyanın İvanovo şəhərin Dövlət Dumasına deputat seçilməsi münasibəti ilə təbrik edib.

Xalq artisti sevincini MediaTime-ın vasitəsi ilə dilə gətirib:

"Əziz dostum, qardaşım. Ruhun şad olsun, sənin yolunu davam elətdirən, sənə layiqli oğlun Dumaya deputat seçildi. Sevincimin həddi-hüdudu yoxdur. Bu Azərbaycanın sevincidir. Bu bütün azərbaycanlarının qürurudur! Ruslan, sən çox xoşbəxtsən, oğlum. Çünki sənin Sərraf kimi atan olub. Sərraf hər zaman var olub və olacaq da! Çünki onu sən yaşadacağsan, onu qardaşın Elvin yaşadacaq, onu sevənləri yaşadacaq. Təbrik edirəm, ürəkdən sevinirəm və bir daha deyirəm ruhun şad olsun Sərraf ".

Qeyd edək ki, Rusiyanın İvanovo şəhərin Dövlət Dumasına seçilən deputat Ruslan Məmmədov onu seçən həmvətənlərinə təşəkkür edib.


Elton Hacıyev / "MediaTime"