DataLife Engine / Zəfər Günü münasibətilə MediaTime.Az daha bir mükafata

Zəfər Günü münasibətilə MediaTime.Az daha bir mükafata

Ötən gün paytaxt məkanlarının birində "Zümrüd-M" prodakşn "Dəmir yumruq" mükafatını təqdim edib.

MediaTime xəbər verir ki, mükafat 8 noyabr - Zəfər Gününə həsr edilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin açılışı "Suita" rəqs ansanblının ifasında möhtəşəm rəqs nümunəsi ilə başladı. Mərasimdə mükafatlandırılanlar arasında deputatlar Vüqar İsgəndərov, Vüqar Bayramov, uzaq səfərdə olduğu üçün tədbirə qatıla bilməyən Milli Məclisin deputatı Razi Nurullayevi müavini əvəz edib, Qarabağ qaziləri, şəhid ailələri, iş adamları Elçin Axundzadə, Sahib Kazımov, Vasif Məmmədov, QHT-nin sədri Vüsal Əliyev, əməkdar artistlər Yusif Mustafayev, Səlim Abbasov, müğənnilər Kleopatra, Yaqut Qarabağlı, Nüşabə Musayeva, Elxan Qaraxanoğlu və televiziya aparıcıları da olub.
 
Həmçinin MediaTime.az saytının əməkdaşı Elton Hacıyevə də “Dəmir yumruq” mükafatı təqdim edilib.

Qeyd edək ki, tədbirin aparıcıları Zümrüd Güləliqızı və Şirin Hüseynovdur.





5-11-2021, 10:53
Вернуться назад