"Mən uğursuz bir kosmetoloqun əlinə düşmüşdüm"


"Mən uğursuz bir kosmetoloqun əlinə düşmüşdüm"

“Çox vaxt xanımlar üzlərinə təbii olmayan botoks etdirirlər. Bundan sonra simada müəyyən dəyişiklik olur, bəzən isə əyilmələr baş verir. Məndə də problemlər yaranmışdı.Ona görə də Azərbaycanda kosmetoloq yanına getməkdən imtina etmişdim. Hamı dedi ki, əməliyyat etmisiz. Lakin düşünmədilər ki, mən uğursuz bir kosmetoloqun əlinə düşmüşdüm. Həkim üzümü bərbad günə qoymuşdu. Şükürlər olsun ki, düzəldi". 

MediaTime
xəbər verir ki, bu sözləri iş xanımı Ruhi Əliyeva, regenerativ tibb və kök hüceyrə uzmanı Sevinc Heydərova ilə canlı yayım zamanı deyib. R. Əliyeva 20 gündür kök hüceyrə etdirdiyini və faydalarını gördüyünü söyləyib:
"İndi isə kök hüceyrə etdik. İnsan kök hüceyrə metodikasından çox çəkinir. Dəqiq nə olduğunu bilmirlər”. 

Ruhi Əliyeva “Kök hüceyrə nədir? Yağ dolğusudurmu?”-sualını ünvanlayaraq həkimdən izləyiciləri maarifləndirməsini xahiş edib.
S. Heydərova (@dr.sevinc.heydarova) isə suala geniş şərh verib. 

Yerləşdirilən linkə daxil olaraq kök hüceyrə və onun faydaları barədə məlumat əldə edə bilərsiz: