Sevgililər günü üçün qaradərili bəylə bir yerdə, Afrikada klip çəkdirdi - Handedən fəqrli iş


Sevgililər günü üçün qaradərili bəylə bir yerdə,   Afrikada klip çəkdirdi -

Türk pop musiqisinin mahir ifaçılarından olan müğənni Hande Yener "Boşuna” adlı yeni klipini təqdim edib.


MediaTime xəbər verir ki, hər zaman fərqliliyi ilə seçilən sənətçi budəfəki işini sevgililər gününə həsr edib. O, instaqramda paylaşım edərək  “Ən böyük sevgim mahnılarım və sevənlərim ... Sevgi adına xüsusi bir gündə çıxartmaq istədim. Hər kəs üçün hədiyyə olsun " şərhini yazıb.
"Poll Production" prodakşnın ərsəyə gətirdiyi klipdə sujet xətti yoxdur.
 Rejissoru Gülşen Aybaba olan klip Tanzaniya ölkəsində tərk edilmiş bir evdə çəkilib.  Handenin yeni klipində qaradərili model yer alıb.

Qeyd edək ki, bəstənin musiqisi Devrim Karaoğluna, sözləri isə Devrim Karaoğlu  və Mete Özgencilə aiddir.




Elton HACIYEV