"Faiq Ağayev mənə qıcqırmış eqo dedi" - Flora Kərimova


"Faiq Ağayev mənə qıcqırmış eqo  dedi"

Xalq artisti Flora Kərimova uzun illər küsülü olduğu həmkarı Faiq Ağayev barədə açıqlama verib.

MediaTime xəbər verir ki, məşhur müğənni bu barədə “ATV maqazin onlarla” proqramının 33 sual rubrikasında danışıb. Sənətçi ötən həftə F. Ağayevin onun barəsində səsləndirdiyi təriflərə cavab verərək onu bağışlamayacağını ifadə edib:

“Bu yaxınlarda məni çox təriflədi, ancaq bizim münasibətlərimiz alınmadı. Mən ağıllıdan umuram. Uşaq deyiləm. Bir dəfə hadisə oldu. Faiq Ağayev mənə dedi ki, qıcqırmış eqo! Bundan sonra Faiqə üzümü bozartdım. O da başa düşdü ki, bunun axırı pis olar. Dəyməsinlər mənə! Elə etməyin ki, sizi rüsvay edim. Mənə sataşanlar xeyir görmür. Çünki hamınız haqqında məndə dosye var. Özüm yığmıram, bunu edənlər edir. 80 yaşım var, mənim ailəmdən nə istəyirsiz?”  


Elton HACIYEV