Aygün Kazımovanın İstanbulda çəkdirdiyi "Bu qadın"ın pərdə arxası görüntüsü


Aygün Kazımovanın İstanbulda çəkdirdiyi "Bu qadın"ın pərdə arxası

Xalq artisti Aygün Kazımovanın “Bu qadın” klipinin kadrarxası görüntüləri yayılıb.

Mediatime-ın məlumatına görə, ekran işi İstanbulda lentə alınıb.

Qeyd edək ki, ekran işini Türkiyənin məşhur rejissoru Selim Akar lentə alıb. 18 saatdan artıq davam edən çəkiliş zamanı 30-dan çox insan çalışıb. İstanbulda ağır hava şəraitinə baxmayaraq, A.Kazımova klip çəkilişini dayandırmayıb. O, 8 saat qarın altında qalaraq, çəkilişləri davam etdirib.
Kazımovanın imici üzərində modelyer Rüfət İsmayıl çalışıb. Klipdə əsgər sevgilisinə qovuşmayan xanımın həyat hekayəsindən bəhs edilir.



Elton HACIYEV