Xatirə İslam artıq verilişlərə ödəniş əsasında çıxacaq: “Sponsorun pulundan müğənnilərə də ayrılsın”


Xatirə İslam artıq verilişlərə ödəniş əsasında çıxacaq:

Məşhur müğənni, estrada ulduzu Xatirə İslam maraqlı açıqlama verib. İfaçı artıq televiziya kanallarında yayımlanan bütün sponsorlu verilişlərə ödəniş əsasında çıxacağını qeyd edib.

MediaTime.Az-a danışan X.İslam şəxsi qərarını belə izah edib:
Azərbaycanda bütün verilişlərin sponsor olduğu üçün bu qərarı verdim. Bir proqramı pulla təmin edən qurum mövcuddursa, elə o məbləğdən müğənniyə də ödəniş ayrıla bilər. Necə ki, o sponsorlar vasitəsi ilə aparıcı, redaktor, operator və digər əməkdaşlar maaş alır, orada olan müğənni də 5 manat pul qazanmalıdır”.
Çıxdığı verilişləri və sosial şəbəkədi fəaliyyəti ilə reyting qıran Xatirə hesab edir ki, onun bu qərarından kimsə inciməməlidir: “Xüsusi vurğulamaq istəyirəm ki, bütün kanalların rəhbəri, əməkdaşları, aparıcıları hər biri dostumdur, gözümün işığıdır və mənim ürəyimə çox yaxın insanlardır. Ancaq iş ayrı, dostluq ayrı.
Dünyanın hər bir ölkəsində efirə çıxan müğənniyə qonorar ayrılır. Azərbaycanda da bu yolda ilk addımı mən atmaq istəyirəm. Ola bilər bu addımım yaxşı qarşılanmasın, kimsə incisin. Amma burada inciməli heç nə yoxdur. Bu, sadəcə mənim işə yanaşma prinsipim, istəyimdir”.