Aygün Kazımovadan 8 mart HƏDİYYƏSİ


Aygün Kazımovadan 8 mart

Xalq artisti Aygün Kazımova 8 Mart Beynəlxalq Qadınlar Günündə konsert verəcək.
 
MediaTime-ın məlumatına görə, martın 8-də baş tutacaq konsert restoranların birində keçiriləcək. Bu haqda sənətçi sosial şəbəkədə paylaşım edib.
8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə baş tutacaq konsert proqramında Aygün sevərlər onun repertuarından illərin unudulmaz nəğmələrini dinləyəcəklər. 


Elton HACIYEV