Rihanna, Beyonce, Cennifer Lopezdən sonra Kerimcanla... -VİDEO


Rihanna, Beyonce, Cennifer Lopezdən sonra Kerimcanla...

Ötən gün sosial media fenomeni Kerimcan Durmaz ilk klipini təqdim edib.

MediaTime xəbər verir ki,  sosial media istifadəçiləri onun “Peşimde” adlı mahnısının və klipinin dinamik və yüksək keyfiyyətli olduğunu bildiriblər. 
Kerimcan klipdə imici, rəqsləri və geyimləri ilə diqqət çəkib. Yeni ekran işi üzərində ümumilikdə 70 nəfərdən ibarət heyət çalışıb. Klipdə müğənnini Cennifer Lopez (Jennifer Lopez) və Beyonsun (Beyonce) rəqs qrupları müşayiət edib.
Klipin çəkilişləri Beverly Hillsin bir mega malikanəsində olub və pandemiya dövründə tətbiq edilən karantin tədbirlərinə riayət edilib.
9 saata çəkilən klip 20 saata 4 milyondan çox izlənmə sayı toplayıb.

Qeyd edək ki, Kerimcan "Peşimde" mahnısının klipi üçün Beyonce, Rihanna, Lady, Gaga, Ariana Grande, Cennifer Lopezin komandası ilə çalışıb.





Elton HACIYEV