"Dəniz, bu sənsən?" - Onu görənlər tanımadı...


"Dəniz, bu sənsən?" -

Türkiyəli müğənni Dəniz Seki yeni görünüşü ilə yenidən hər kəsi təəccübləndirib.

MediaTime xəbər verir ki, yeni klipi üçün obyektiv qarşısına keçən sənətçi fotosunu instaqram hesabında paylaşıb.
İzləyicilər sənətçini tanımaqda çətinlik çəkiblər. Onlar şəklə "Dəniz, bu sənsən?" kimi şərhlər yazıblar.
Qeyd edək ki, müğənni 2,5 ayda 22 kiloqram arıqlayaraq 59-a düşüb. O, 2018-ci ildə mədəkiçiltmə əməliyyatı etdirərək, 33 kiloqram da arıqlamışdı.


Elton HACIYEV