"Məni dünya starlarından ayıran tək şey…" – ALEYNADAN AÇIQLAMA


"Məni dünya starlarından ayıran tək şey…"

Türkiyənin məşhur gənc müğənnisi Aleyna Tilki maraqlı açıqlaması ilə diqqət çəkib.

MediaTime xəbər verir ki, yenicə "Retrograde" mahnısını təqdim edən gənc ulduz, onu təndir edənlərə sərt cavab verib:
"Məni dünya starlarından ayıran tək şey Konya şəhərində doğulmuş olmağımdır. Mahnıma gələn tənqidlərin səbəbi qısqanclıqdır".
Qeyd edək ki, Aleyna Tilkinin ingiliscə oxuduğu "Retrograde" adlı yeni mahnısının klipi 1 həftə ərzində "YouTube"-da 7.6 milyon dəfədən çox izlənilərək, bir çox ölkədə trendlər siyahısına daxil olub.


Elton HACIYEV