Röyadan şaxtalı havada qəlbləri isidən bir KLİP


Röyadan şaxtalı havada qəlbləri isidən

Xalq artisti Röya Ayxan növbəti layihəsini təqdim edib.

MediaTime xəbər verir ki, məşhur müğənni bu dəfə “Sənə qədər” adlı mahnısına klip çəkdirib.  
Söz və musiqisi Zülfi Bədəlova məxsus olan bəstəni ekranlaşdırmaq üçün rejissor Cəlal Kəngərliyə müraciət olunub.
Ekran işi sadə süjet xəttinə malikdir və R. Ayxan bir obrazda kamera qarşısına keçib. 
Rejissor Bakıda lentə aldığı klip barədə deyib:
“Röya Ayxanla görüşümüzdə mahnıya qulaq asdıqdan sonra mənə sadə, amma şık bir klip istədiyini dedi. Şaxtalı havada qəlbimi isidən ifanın mənə bəxş etdiyi hissləri ekran işinə köçürmək qərarına gəldim”.
Mahnı bütün musiqi platformalarında, klip isə Xalq artistinin rəsmi “YouTube” hesabına yerləşdirili