Seyran Türkiyə mediasının manşetlərində: "Yeni mahnımı bütün insanlara təqdim etmək istədim"


Seyran Türkiyə mediasının manşetlərində:

Türkiyə mediası Almaniyada yaşayan azərbaycanlı bəstəkar-müğənni Seyran İsmayılxanovun "Yar yar" mahnısından yazıb.

MediaTime -ın məlumatına görə, açıqlama verən ifaçı türk dilində yeni bəstəsi ilə dünyaya səslənmək istəməsini vurğulayıb:

"Yeni mahnımı bütün insanlara təqdim etmək istədim. Türk dilində danışmağıma görə çox xoşbəxtəm və türk mahnılarımı oxumağa davam edəcəm".

Seyran İsmayılxanov musiqisi və sözləri özünə məxsus bəstəyə ekran işinə də rejissorluq edib.


Elton HACIYEV