Kamran Jabbarov Deniz Akkayanın “saqqızını oğurladı”... - FOTOSESSİYA


Kamran Jabbarov Deniz Akkayanın “saqqızını oğurladı”...

10 il heç bir kişilə fotosessiya etməyəcəyini açıqlayan türkiyəli model Deniz Akkaya, türkiyədə yaşayan azərbaycanlı make-up mütəxəssisi Kamran Jabbarova görə qərarını dəyişib.

MediaTime xəbər verir ki, ulduz cütlük yeni layihə üçün fotosessiya etdirib. Cəsarətli fotolara imza atan Kamran və Denizin yataqda maska ilə çəkdirdiyi şəkillər izləyiciləri tərəfindən maraqla qarşılanıb. 

Deniza niyə məhz Kamran sualını verəndə cavab konkret oldu: "Çünki xarizmatik  və cəlbedici bəydir. Məncə, əksər xanımlar yerimdə olmaq istəyərdi".

Fotoların müəllifi Buse Tirmandır.

Qeyd edək ki, Türkiyədə yaşayan azərbaycanlı vizajist Kamran Jabbarov bacarıqlı işləri ilə qısa müddətdə böyük populyarlıq qazanıb. Deniz Akkaya, Tuğba Özbay, Qonca Vuslateri, Deniz Seki və digər məşhurlarla işləmək şansı qazanan vizajistdir. 







Elton HACIYEV